Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər


Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər

Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.

 

Quba-Xaçmaz Regional təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.

 

P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Nato dağılacaq"

NATO ölkələrinin hərbi büdcələrini sürətlə artırmaq planları təşkilatın gələcəkdə dağılmasına səbəb ola bilər.   Sfera.az “Gazeta.ru” nə...

"Əməliyyat" adı ilə qətliam - Rusiyanın qanunsuz ƏMƏLLƏRİ

Xəbər verdiyimiz kimi, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə azərbaycanlı miqrantlara qarşı sistemli ayrı-seçkiliyin və zorakılığın da...

Qarabağa getmək istəyənlərə üzücü xəbər

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa"...

“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin

"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.   Sfera.az xəbər...

Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şamaxıda 31 yaşlı Əliyev Teymur Vüqar oğlu ailə münaqişəsi zəminində qayınatası 54 yaşlı Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət ...

Tramp əsəbiləşdi: "Saxtakara deyin ki..."

ABŞ Prezidenti Donald Tramp, İranla əlaqələrə dair yeni açıqlama verib. O, ABŞ hərbi qüvvələrinin İranın üç nüvə obyektinə hava zərbələri endirməsindən sonra Te...