Daha bir tiktokerin həbs müddəti uzadıldı

Cəmiyyət
18:33 / 18.04.2025
6692
Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.
Bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Magerramov ləqəbli Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. (lent.az)