Sabah işıq olmayacaq

Cəmiyyət
21:12 / 17.04.2025
9497
Bakının Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar aprelin 7-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Azərişıq ASC-dən bildirilib.
Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.