Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"


Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"

"2022-ci ilin fevralında ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin rusiyalı həmkarları ilə ünsiyyət saxlamalarını dayandırmaları, eləcə də Ermənistanın 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş sammitin nəticələri üzrə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması və 2023-cü ilin payızında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatından sonra vəziyyətin dəyişməsi ilə ATƏT-in təsdiqlədiyi "Dağlıq Qarabağ nizamlanması" üzrə Minsk konfransının mandatı öz aktuallığını itirib".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə BAKU TV RU-nun sualını cavablandırarkən deyib.

 

"Beləliklə, Minsk konfransının müvafiq strukturları buraxılmalıdır. Biz hesab edirik ki, optimal yol sözügedən strukturun bütün təsisatlarının ləğv edilməsidir. Rusiya öz tərəfindən sülh müqaviləsinin imzalanmasına çıxmaq üçün qalan maneələrin aradan qaldırılmasında və nəqliyyat kommunukasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və s. məsələlərdə tərəfdaşlarımıza bundan sonra kömək göstərməyə hazırdır" , - deyə o vurğulayıb.

 

Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında ikitərəfli məsələlərin bütün spektri üzrə danışıqlar üçün paltforma təqdim etməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR

32 nəfərin zəhərləndiyi restoranın adı açıqlandı

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.    Sfera.az Teleqraf-a istinadən xəbər verir ki...

Ağdaşda 2 yaşlı uşaq qıcolmadan öldü

Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.   Belə ki, 2023-cü il tə...

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbay...

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...