Şabranda sel nəticəsində ölənlərin sayı 3-ə çatdı

Cəmiyyət
18:30 / 17.04.2025
13106
Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.
Meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.
Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.
Fakt araşdırılır.
Məlumata görə, onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.(APA)