Abşeronda gənclərlə görüş keçirilib - FOTOLAR

Abşeronda gənclərlə görüş keçirilib - FOTOLAR

Abşeron RİH və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli gənclərlə, eləcə də Abşeron RİH-də təcrübə keçən könüllülərlə “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Ötən iki əsr ərzində Qərbi Azərbaycanlılara qarşı törədilən tarixi ədalətsizlik” mövzusunda görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Qərbi Azərbaycan həqiqətləri, tarixi və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.


Görüş iştirakçılarını salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova regionlarda gənclərlə davamlı olaraq keçirilən silsilə tədbirlərin Qərbi Azərbaycan ilə bağlı tarixi faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Abşeronda həyata keçirilən tədbirlər haqqında məlumat verib. 
Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsini xüsusi diqqətdə saxladığını qeyd edən G.Rəhimova Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanmasından danışıb, bu ideyanın yayılması, təbliği istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa etdiyini, dövlət bayrağımızın əzəli,əbədi torpaqlarımızda, işğaldan azad edilən ərazilərdə əzəmətlə dalğalandığını vurğulayan Gülnar Rəhimova Qarabağın çox surətli şəkildə bərpa olunduğunu və soydaşlarımızın doğma ata-baba yurdlarına geri döndüyünü qeyd edib.


Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rizvan Nəbiyev Qərbi Azərbaycan  İcmasının fəaliyyəti, gənclərin üzərinə düşən vəzifələr, Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin təmini üçün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı  qətiyyətli addımlardan danışıb.  R.Nəbiyev, həmçinin tədbir iştirakçılarını beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb. O, qayıdışın hüquqi əsasları və beynəlxalq təcrübə haqqında danışıb. Deputat həmçinin Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiası və onun sülh sazişinin imzalanmasından  əvvəl ləğv olunması zərurəti barədə Azərbaycan rəhbərliyinin məlum mövqeyini vurğulamışdır.


Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında vurğulayıb ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görülür. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, Qərbi azərbaycanlıların  hüquqlarını dünya azərbaycanlıları ilə yanaşı, mütərəqqi ölkələrin vətəndaşları da müdafiə edirlər. O, həmçinin, Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələrlə də Ermənistanın etnik təmizləmə və deportasiya siyasətinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası üçün əməkdaşlıq etməyin və dəstək almağın zəruri olduğunu bildirib.


Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin Gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev Azərbaycanın tarixi, icmanın fəaliyyəti haqqında çıxış edərək, gənclərə geniş məlumat verib. Onlara Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun önəmli əhəmiyyət daşıdığını bildirib.


Daha sonra Qərbi Azərbaycan əsilli gənclərdən Ayxan Abbaszadə, Məhəmməd Mehdizadə, Mədinə Əzizova və başqaları çıxış edərək öz maraqlı fikir və təkliflərini bildiriblər. 


Sonda Abşeron RİH könüllülərinin, eləcə də gənclərin sualları cavablandırılıb, xatirə fotusu çəkdirilib.

 


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...