Bu məlumatlarınızı heç kimlə paylaşmayın!

Cəmiyyət
10:17 / 17.04.2025
3348
Aprelin 16-da vətəndaşların bank kartlarından 15040 manat oğurlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünən ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətənaşlara kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodunu başqaları ilə paylaşmamağı tövsiyə edib.