Son 59 ilin rekordu: Bakıya 15 saat ərzində yağan yağış...


Son 59 ilin rekordu: Bakıya 15 saat ərzində yağan yağış...

Hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, onun miqdarının artacağı da gözləniləndir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasına 15 saat ərzində 57 mm yağıntı düşüb:

 

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.

 

Bu il aprel ayının 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da, adətən, ay ərzində düşən yağıntının miqdarından iki dəfə (217%) çoxdur. Beləliklə, bu hal son 59 ilin rekord göstəricisidir".

 

O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb:

 

"İqlim dəyişmələrini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik".


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...