Bank kartlarından oğurluğun qarşısını necə alaq? - AÇIQLAMA

Bank kartlarından oğurluğun qarşısını necə alaq? - AÇIQLAMA

Son zamanlar gündəmdə olan məsələlərdən biri də bank kartlarından maliyyə vəsaitlərinin oğurlanmasıdır.

 

Hər gün artan bu problem insanların böyük məbləğdə vəsaitlərinin kibercinayətkarlıq yolu ilə ələ keçirilməsinə səbəb olur. Qeyd edək ki, son bir həftə ərzində bu cür hallarda ümumilikdə 300 min manat məbləğində pul oğurlanıb. Bu prosesin davam etməsi insanlarda kartla əməliyyatlara inamı zəiflədir. 

 

Maraqlıdır, ardıcıl şəkildə həyata keçirilən bu cinayətin qarşısını almaq nə üçün mümkün olmur? 

 

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən AİKTSA sədri Elvin Abbasov təəssüf ki, son vaxtlar Azərbaycanda baş verən kiberdələduzluq halları artmaqda davam etdiyini deyib. 

 

O qeyd edib ki, bu cinayətlər əsasən sosial mühəndislik üsullarına- yəni insan psixologiyasına təsir göstərərək məlumat əldə etməyə əsaslanır:

 

“Bu zaman kart sahibinin şəxsi məlumatları – CVV kodu, OTP şifrəsi və ya internet bankçılıq məlumatları telefon, sosial media və ya saxta saytlarda ələ keçirilir. Hücum edənlər texniki deyil, sosial zəifliklərdən istifadə edirlər”.

 

İT mütəxəssisi problemin kökündə həm vətəndaşların rəqəmsal savadlılığının az olması, həm də bəzi texnoloji boşluqların dayandığını vurğulayıb. 

 

E.Abbasov bildirib ki, banklar təhlükəsizlik sistemlərini gücləndirsə də, istifadəçilərin diqqətsizliyi və maarifləndirmənin hələ də zəif olması səbəbindən bu hallar davam edir:

 

“Unutmaq olmaz ki, təhlükəsizlik yalnız texnologiya ilə deyil, həm də insan davranışı ilə bağlı məsələdir. Kartla ödənişlərə inamın sarsılmaması üçün hər iki tərəf – həm vətəndaş, həm də maliyyə qurumları üzərinə düşəni etməlidir. Vətəndaşlar heç bir halda şəxsi məlumatlarını paylaşmamalı, banklar isə mütəmadi olaraq təlimatlar verməli, texniki infrastrukturunu yeniləməlidir. Eyni zamanda, bu cür halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları və bank sektorunun daha koordinasiyalı fəaliyyətinə ehtiyac var”.

 

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...