Emil Pənahova yüksək vəzifə verildi


Emil Pənahova yüksək vəzifə verildi

"Azərbaycan Dəmiryolları" QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.

 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, o, bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"ndə (AZCON) davam edəcək.

 

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

 

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.


OXŞAR XƏBƏRLƏR