Pensiyaçılara BƏD XƏBƏR

Pensiyaçılara BƏD XƏBƏR
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzini açıqlayıb.

Sfera.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, "Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq. "Bu layihə pensiya sistemində islahatlar Konsepsiyasına əsaslanır”-nazir bildirib.

Səlim Müslümovun bildirdiyinə görə dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur. "Biz qanuna yeni element daxil edirik-minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik”-Səlim Müslümov bildirib.

Nazirin açıqladığına görə əsas dəyişikliklərdən biri də "pensiyaların baza hissəsi” anlayışının ləğv edilməsidir. S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. "Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq”-nazir deyib.

Hazırda Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir-baza və sığorta hissəsi. Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək.

Belə çıxır ki, sığorta hesabında kifayət qədər vəsait olmayanlar gələcəkdə daha az pensiya alacaqlar, yaxud ümumiyyətlə ala bilməyəcəklər. Əslində pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapmışdı. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...