Bakıda taksilərin qiyməti qalxdı: 60 manat....

Bakıda taksilərin qiyməti qalxdı: 60 manat....

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.

 

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.

 

Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

 

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.


OXŞAR XƏBƏRLƏR

Bakını yenə su basdı: "Yağış barmaqlıqları yığılmasaydı belə olmazdı"

Bakıda leysan xarakterli yağışın yağmasından sonra paytaxtın bir çox küçə və prospektini su basıb. Yollar keçilməz hala düşüb, minik avtomobilləri və ictimai nə...

3 Eyfel Qülləsinə bərabər körpü tikilir - Foto

Çinin cənub-qərbində yerləşən Guizhou əyalətində tikilməkdə olan “Huajiang Grand Canyon” körpüsünün inşası son mərhələyə daxil olunub.   ...

ABŞ və Çin arasında ticari müharibə gərginləşir- Tariflər 245 faizə çatdı

ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət müharibəsi Vaşinqtonun Çin mallarına qarşı yeni, ağır tariflər tətbiq etməsi ilə daha da kəskin xarakter a...

Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.   Sfera...

Bakıda yol çökdü, maşın çuxura düşdü - VİDEO

Bakıda yol çöküb.   Sfera.az xəbər verir ki, Xalqlar Dostluğu stansiyasının yaxınlığında yol çöküb, "Opel" markalı nəqliyyat vasitəsi yaran...

Mirzoyan Ceyhun Bayramovla Antalyadakı görüşündən danışıb

“Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı”.   ...