Bağırov körpüsündə son vəziyyət - VİDEO

Gecə saatlarından yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib.
Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bağırov tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Xatırladaq ki, ötən ilin oktyabrında yağan intensiv yağışlar nəticəsində də sözügedən ərazini su basmışdı. Əraziyə rəsmi qurumlar cəlb edilərək baxış keçirmiş, fəsadları aradan qaldırmışdılar.
Sözügedən ərazidən radioaparıcı Rəvan Bağırovun çəkdiyi videonu təqdim edirik: