Torpaq alanlara ŞAD XƏBƏR

Torpaq alanlara ŞAD XƏBƏR

Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklərlə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

 

“Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Bu isə o deməkdir ki, bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər. Yeni qanuna əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək.

 

Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək”, - millət vəkili vurğulayıb


OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....