Azərbaycanda avtopilotda maşın sürmək qadağandır - Cəriməsi var - AÇIQLAMA

Azərbaycanda avtopilotda maşın sürmək qadağandır - Cəriməsi var - AÇIQLAMA

Son illərdə avtomobil sənayesində baş verən texnoloji yeniliklər sürücüsüz - yəni avtopilot rejimində idarə olunan nəqliyyat vasitələrinin meydana çıxmasına səbəb olub. Dünyanın bir sıra ölkələrində bu texnologiyalar artıq sınaqdan keçirilir və istifadəyə buraxılır. Azərbaycanda da bu avtomobillər geniş yayılıb. Əsasən Çin maşınları olan bu modelləri avtopilot rejimində idarə etmək sürücülər üçün komfort yaradır.

 

Bəs bu rejimdə avtomobil idarə edən zaman polis bizi saxlaya bilər?

 

Məsələ ilə bağlı Milli.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev açıqlama verib:

 

"Azərbaycanda avtopilot rejimində avtomobil idarə etmək qanunla qadağandır. Hazırda qüvvədə olan Yol Hərəkəti Haqqında Qanunun 37-ci və 52-ci maddənin tələblərinə əsasən, mexaniki nəqliyyat vasitəsi hərəkətdə olarkən sükan arxasında mütləq sürücü olmalıdır və yalnız nəqliyyat vasitəsini tam hərəkətsiz hala gətirdikdən sonra avtomobili tərk edə bilər. Yolda hərəkətdə olan nəqliyyat vasitəsini sükandan əlini çəkərək idarə etmək qəti şəkildə qadağandır. Bu inzibatı xətalar məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır".

 

Qeyd edək ki, sürücülər bu rejimdə avtomobili idarə edərsə, 50 manat cərimə edilə bilər.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...