Nazirlik özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı məlumat yaydı


Nazirlik özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı məlumat yaydı

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır:

 

"Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu //www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

 

MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə [email protected] email ünvanına müraciət edə bilərlər".

 

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...