3 dəfə əməliyyat olunan Coşqundan ÜZÜCÜ XƏBƏR: Yenidən...
Cəmiyyət
12:57 / 28.01.2017
3870
Əməkdar artist Coşqun Rəhimov yenidən müalicəyə başlayıb.
Sfera.az xəbər verir ki, bu haqda "Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov məlumat verib. M.Abbasov uzun müddətdir qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkən aktyorun hazırda evə buraxıldığını deyib:
"Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib. Yüksək peşəkarlığa görə Milli Onkologiya Mərkəzinin əməkdaşlarına "Bu şəhərdə” komandası adından təşəkkür edirəm. Coşqun artıq ev şəraitində müalicəsini davam etdirir. İnşallah, bir neçə günə məşqlərimizə başlayacağıq”.
Qeyd edək ki, C.Rəhimov ötən il üçüncü dəfə əməliyyat olunmuşdu.(big.az)