Övladını özəl bağçaya qoymaq istəyənlərin nəzərinə!


Övladını özəl bağçaya qoymaq istəyənlərin nəzərinə!

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.  

 

Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu //www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.
 

MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə [email protected] email ünvanına müraciət edə bilərlər.

 
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir. 

 


OXŞAR XƏBƏRLƏR

Yeni dişləri turistlərə baha başa gəldi: Həbs edildilər

32 yaşlı britaniyalı Corciya Harrison yeni dişlərini qeyd etmək üçün həyat yoldaşı ilə Türkiyəyə tətilə gəlib. Problemlər cütlüyün hava limanına qədər otel işçi...

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emrelinin yeni klubu məlum oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...