Azər və Rövşənin həbs müddəti uzadıldı


Azər və Rövşənin həbs müddəti uzadıldı

Polis tərəfindən Tiktok əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.

 

Sfera.az  APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

 

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

 

Bundan başqa, Tiktok əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

 

Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

 

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

 

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

 

 

  •  

OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...