İşıqla bağlı yeni QƏRAR: Qadağandır


İşıqla bağlı yeni QƏRAR: Qadağandır

60 Vt və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilir. Bəs qanunun məqsədi nədir? Qadağan edilən lampaları nələr əvəz edə bilər?

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nafiq Həmzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, qanunun əsas məqsədi enerji səmərəliliyini artırmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir:

 

"Közərmə lampaları enerji baxımından səmərəsizdir, çünki onların istehlak etdiyi enerjinin böyük bir hissəsi istilik şəklində itirilir. Bu səbəbdən onların istifadəsinin məhdudlaşdırılması enerji istehlakını azaltmağa və karbon emissiyalarını minimuma endirməyə kömək edir. Qadağa qüvvəyə mindikdən sonra közərmə lampalarını əvəz edə biləcək alternativlər arasında bunlar var:

 

1. LED lampalar: enerji baxımından ən səmərəli seçimdir. Onlar daha uzun ömürlüdür və daha az enerji sərf edir.

 

2. Kompakt floresan lampalar (CFL): əvvəlki közərmə lampalarına nisbətən daha az enerji sərf edir və daha uzun müddət istifadə edilə bilər.

 

3. Halogen lampalar: közərmə lampalarına bənzər işıq keyfiyyəti təqdim edir, lakin daha az enerji sərf edir".

 

Millət vəkili qeyd edib ki, bu dəyişikliklər istehlakçıların elektrik enerjisi xərclərini azaltmağa və daha ekoloji cəhətdən təmiz işıqlandırma texnologiyalarına keçid etməyə də imkan yaradacaq.


OXŞAR XƏBƏRLƏR

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...