Bu şəxslər sosial vergi ÖDƏMƏYƏCƏK

Bu şəxslər sosial vergi ÖDƏMƏYƏCƏK

Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” Qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. 


Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

 

Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
 

 

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.


Dəyişikliyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.


OXŞAR XƏBƏRLƏR

İlqarə kamera arxasında yaşanan anları bölüşdü - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova uzun fasilədən onra "Sevgi" adlı kliplə qayıdıb.  ...

Gözləri görməsə də, qətl törətmişdi - 15 il cəza verildi - FOTO

Lökbatanda tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan iki gözdən əlil Qulu Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.  ...

Medianın İnkişafı Agentliyi seminarlara başlayıb - FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçiv...

Bakıda şok GÖRÜNTÜ: Qadın avtobusun təkərləri altına uzandı - VİDEO

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.   Sfera.az xəbər verir ki, Bakıda prospektlərin birində qeydə alınan görüntüdə yaşlı qadının yolu...

Ozan Akbaba Hərbi Qənimətlər Parkında – FOTO

Xəbər verdiyiiz kimi, türkiyəli aktyor Ozan Akbaba bir neçə gündür Azərbaycanda səfərdədir. O, səfəri çərçivəsində Hərbi Qənimətlər Parkını da ziyarət edib. ...

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı

Türkiyənin Adana vilayətində meşə yanğınlarını söndürmək üçün göndərilən təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mə...