"Uçan taksi"nin sürücüsü ilk dəfə DANIŞDI

"Uçan taksi"nin sürücüsü ilk dəfə DANIŞDI

Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib:

 

"Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".

 

O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

 

"Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".

 

Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.

 


OXŞAR XƏBƏRLƏR

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.   Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövl...

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bö...

Ərdoğan Kahramanmaraşda “Qarabağa məktub” şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun “Qarabağa məktub” şeirini səsləndirib.   Sfera.az &ld...

İranda daha bir "Mossad" agenti SAXLANILDI – VİDEO

  İranın xüsusi xidmət orqanları Tehranda İsrailin "Mossad" kəşfiyyat qurumuna işləyən agenti saxlayıb.   Sfera.az xəbər verir...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.   Sfera.az xəbər verir ki, bu sözləri Preziden...

İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

İran son 6 gündə İsrailə 450 ballistik raket atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı ...