Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi


Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub.

 

Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib.

 

İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub.

 

İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

 

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.


OXŞAR XƏBƏRLƏR

Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb

Aprelin 14-də Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək “G7”nin kredit mexanizmi çərçivəsində Ukraynaya 752 milyon funt sterl...

Müayinə zamanı kişinin sidik kisəsindən tapılanlar həkimləri şoka saldı - FOTO

Türkiyədə 40 yaşlı kişi kateterdə problem yarandığı üçün həkimə müraciət edib. O, uşaqlıqda sidik kisəsinin böyüdülməsi əməliyyatı və kateter stoması olduğunu b...

DİN: Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır

Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev b...

İbrahim Tatlısəsin qardaşı həbs olundu

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı keçən həftəsonu Antalyada verdiyi konsertdən sonra taksi sürücüsü ilə aralarında yaranan münaqi...

İranın bu obyektlərinin məhvi nəzərdən keçirilir - Tramp

İranın nüvə obyektlərinin məhv edilməsi də nəzərdən keçirilir.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.   O qeyd...

Mirzoyandan sülh açıqlaması: Sərhəddə imzalamağa hazırıq!

"Ermənistan Azərbaycanla sülh sazişinin həm sərhəddə, həm də üçüncü ölkədə imzalanması ehtimalını nəzərə alır".   Sfera.az xəbər verir...