Xanlar Vəliyevi kim əvəz edir?

Xanlar Vəliyevi kim əvəz edir?

Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifələrə yeni təyinat yoxdur.

 

Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.

 

Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.

 

Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.

 

Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Məmmədov Fuad Kamil oğlu 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.

 

Hərbi prokurorun digər müavini Hüseynzadə Mehdi Tofiq oğludur. O, 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunub. Həmin tarixdən Hərbi Prokurorluq sistemində çalışır.

 

M.Hüseynzadə 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.

 

Hərbi Prokurorluğun saytında müavinlərin sıralaması belədir:

 

Şəfahət İmranov

 

Mehdi Hüseynzadə

 

Fuad Məmmədov

 

Hazırda üç müavindən hansının hərbi prokuroru əvəz etdiyinə gəlincə, Hərbi Prokurorluqdan bu suala cavab verilməyib.


OXŞAR XƏBƏRLƏR

DİN-dən çağırış: Təcili Yardıma yol ver! - VİDEO

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir. Həkim briqadalarının tibbi yardı...

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

Sabah Rusiya və Ukrayna 500-ə yaxın əsiri qaytaracaq

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u yeni məhbus mübadiləsi həyata keçirəcək.   Sfera.az xəbər verir ki, bu ...

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamen...

Qarabağın bərpasına 3 ayda nə qədər vəsait ayrılıb?

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.   Sfera.az Maliy...