Ağır Cinayətlər Məhkəməsinə yeni bina tikilir - Milyonlarla manata başa gələcək

Ağır Cinayətlər Məhkəməsinə yeni bina tikilir - Milyonlarla manata başa gələcək

Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

 

Sfera.az xəbər verir ki, Ədliyyə Nazirliyi tikinti işləri ilə bağlı bir neçə dəfə tender elan edib.

 

Belə ki, nazirlik tikinti ilə bağlı ilk satınalma müsabiqəsini 2023-cü ildə elan edib. Tenderin nəticələri 2024-cü ilin dekabrın 29-da dövlət satınalmalarının vahid internet portalında dərc olunub.

 

Məlumata görə, nazirlik tikinti işlərini "TVM İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi 25 781 428 manata başa gələcək.

 

"Qafqazinfo"nun bu gün yaydığı məlumata əsasən isə artıq binanın tikintisinə başlanılıb və layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin yeni inzibati binası Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının ("Kürdəxanı" təcridxanası) yaxınlığında istifadəyə veriləcək.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.

 

Məqaləyə dair fotomateriallar:

 

 


OXŞAR XƏBƏRLƏR

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...