Bu şəxslərin vəzifədə qalması ilə bağlı yaş həddi olmayacaq - RƏSMİ

Bu şəxslərin vəzifədə qalması ilə bağlı yaş həddi olmayacaq - RƏSMİ

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklərdə əksini tapıb.

 

Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

 

Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

 

Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

 

Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

 

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...