Dohadan Bakıya mədəniyyət səfəri: "Qətər günləri"ndən REPORTAJ

Dohadan Bakıya mədəniyyət səfəri: "Qətər günləri"ndən REPORTAJ
Kateqoriya məlum deyil
T

Aprelin 10-dan 13-dək paytaxt Bakının Dənizkənarı Milli Park ərazisində Qətər Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Qətərin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan bu tədbir iki ölkə arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edir. 

 

Sfera.az xəbər verir ki, festival çərçivəsində Qətərin zəngin tarixi, bədii irsi və mədəni ənənələri Bakı sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunur.
Tədbir ərazisində Qətər mədəniyyətinə xas müxtəlif təyinatlı pavilyonlar qurulub. Əsas diqqət çəkən nüanslardan biri də Qətərdən gətirilmiş şahin quşunun insanlar qarşısında təqdim edilməsi idi. Eyni zamanda toxuculuq, xına, kalliqrafiya sənəti və biştin adlı qətər modası, taxta qutuların hazırlanması və mirvari dalğıcla yaxından tanış olurlar.

 

 

Təqdimat keçirilən əraziyə yaxınlaşdıqda ziyarətçiləri Qətər mədəniyyətinə məxsus sakit və melodik musiqi səsləri qarşılayır. Ərazidə quraşdırılmış dinamik sistemlər vasitəsilə səsləndirilən bu musiqilər tədbirə xüsusi ab-hava qatır.

 

 

Eyni zamanda Qətərdən ölkəmizə gəlmiş nümayəndələr müxtəlif milli ağ geyimləri ilə diqqət mərkəzindədir. Onların yerli sakinlərlə ünsiyyəti, pavilyonlarda göstərdikləri interaktiv təqdimatlar tədbirin canlı və dinamik keçməsinə səbəb olur. Qeyd edək ki, aprelin 10-da Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutub.

 

 

Qonaqlar arasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli də yer alıb. Nazir tədbir çərçivəsində qurulan pavilyonları ziyarət edərək Qətər mədəniyyətini əks etdirən eksponatlarla yaxından tanış olub.

 

 

İnsanların Qətər mətbəxinə məxsus çay və müxtəlif təamlardan dadma imkanı var.

 

 

 

Qətər mədəniyyətinə aid “biştin” sənətini təqdim edən qonaq bildirib ki, hazırda Azərbaycanda keçirilən Qətər Mədəniyyət Həftəsində iştirak edirlər.  Onun sözlərinə görə, ənənəvi geyimlər pavilyonunda qadın geyimlərinin müxtəlif növləri – “nişl”, “kərrar”, “nəffəhhah” və “nəqdə” nümayiş olunur. Qonaq qeyd edib ki, xüsusilə “nəqdə” sənəti öz zərif naxışları ilə seçilir. Bu sənətdəki bəzəklər xüsusi ip vasitəsilə ziyarətçilərə nümayiş etdirilir və onların mənası ətraflı şəkildə izah olunur.

 

Qətərin paytaxtı Dohadan Azərbaycana gəlmiş Əli Əl-Həddad bildirib ki, o, miras mövzusunda hazırlanmış əl işi taxta qutularla Qətər Mədəniyyəti Günlərində iştirak edir.

 

 

"Qətərin Doha şəhərindən gəlmişəm. Azərbaycana həm burada keçirilən tədbirdə iştirak etmək, həm də yerli xalqı yaxından tanımaq üçün gəlmişəm. Mənim hazırladığım sandıqlar əsasən evlilik mövzusuna həsr olunub və əl işləridir. Bəziləri Qətərdə əllə hazırlanaraq xüsusi olaraq bura gətirilib”, – qonaq vurğulayıb.

 

Xatırladaq ki, Qətər Mədəniyyəti Günləri Azərbaycanda sonuncu dəfə 2009-cu ilin iyun ayında keçirilmişdi. Həmin tədbir də ölkəmizdə böyük maraqla qarşılanmışdı. Bundan əlavə, 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb və iki ölkə arasında mədəni əməkdaşlığın gücləndirilməsi baxımından əlamətdar hadisə olub.

 

Müxbir: Fidan Hacızadə

Fotolar: Anar Bayramlı

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Gallery image 43
Gallery image 44
Gallery image 45
Gallery image 46
Gallery image 47
Gallery image 48
Gallery image 49
Gallery image 50
Gallery image 51
Gallery image 52
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
Thumbnail 43
Thumbnail 44
Thumbnail 45
Thumbnail 46
Thumbnail 47
Thumbnail 48
Thumbnail 49
Thumbnail 50
Thumbnail 51
Thumbnail 52
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR