Əmək pensiyalarına dəyişikliklərlə bağlı qanun müzakirə olunacaq

Əmək pensiyalarına dəyişikliklərlə bağlı qanun müzakirə olunacaq

Fevralın 3-də Milli Məclisdə əmək pensiyalarının təyin olunması sisteminə dəyişikliklər barədə qanun layihəsinin müzakirələri başlayacaq.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Qeyd edək ki, daha əvvəl nazir dəyişikliklər çərçivəsində əmək pensiyalarının baza hissəsi anlayışının və 12 illik staj tələbinin ləğv olunmasının nəzərdə tutulduğunu demişdi.

Hazırda hər bir sosial sığorta olunanın hesabında ödənilən məbləğin 50 faizi əks olunur, qalan məbləğ isə sistemin ümumi xərclərinə, o cümlədən pensiyaların baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir.

Nazir qeyd etmişdi ki, bu dəyişikliklər nəticəsində fərdi hesablara ödənişlərin bütün hissəsi daxil olacaq: "Bu dəyişikliklə vətəndaş pensiyanın həcminə görə özü məsuliyyət daşımış olacaq, yəni pensiyanın həcmi onun nə qədər qazanmasından asılı olacaq".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...