AZAL Bakıdan Milana hər gün uçuşlar həyata keçirəcək – FOTO

AZAL Bakıdan Milana hər gün uçuşlar həyata keçirəcək – FOTO

 

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aprelin 1-dən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb.

 

Sfera.az AZAL-a istinadən xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında keçirilən görüşdə bilidirib.

 

Onun sözlərinə görə, mayın 13-dən isə uçuşlar hər gün həyata keçiriləcək.
 

Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

 

Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.
 

Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
 

Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.




OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur - İddia

“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.   Sfera.az Metbuat.az-a istinadla xə...

Nazirlik 255 minə avtomobil alır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil sifariş edəcək.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, alınaca...

Vəfa Şərifova verilişə 400 minlik "Gelandewagen"i ilə gəldi – VİDEO

  Müğənni Vəfa Şərifova bahalı avtomobili ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, sənətçi lüks maşını ilə Xəzər TV də yayımlanan &...

Halı pisləşən 2 yaşlı uşaq yolda öldü

Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.   Sfera.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəm...

Azərbaycan - Gürcüstan münasibətləri uğurla inkişaf edir

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətləri...

DİM-dən imtahanda iştirak edəcək şagirdlərə xəbərdarlıq

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülm...