Azərbaycanlı məmur könüllü olaraq müharibəyə getdi

Azərbaycanlı məmur könüllü olaraq müharibəyə getdi

722 milyon qrivna (təxminən 29 milyon 672 min manat) məbləğində rüşvət almaqda təqsirləndirilən Ukraynanın Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Azərbaycan əsilli Roman Nəsirov könüllü olaraq Silahlı Qüvvələrə qoşulub.

 

Sfera.az lent.az-a istinadla xəbər verir ki, bu barədə “Transparency İnternational Ukraine” təşkilatı məmurun vəkillərinə istinadən məlumat yayıb.

 

"Müdafiə tərəfi qeyd edib ki, Nəsirov səfərbərlik zamanı Ukrayna Silahlı Qüvvələri sıralarına çağırılıb, ona görə də məhkəməyə gələ bilmir. O, bunu könüllü edib. Həmçinin, bu əsasda müdafiə tərəfi prosesə xitam verilməsi barədə vəsatət verib", - məlumatda deyilir.

 

Məhkəmə məlumat toplamaq üçün bu məsələyə baxılmasını təxirə salıb. Növbəti iclas aprelin 11-nə təyin edilib.

 

Roman Nəsirov iş adamı Oleq Baxmatyukun şirkətlərinə ƏDV-nin ödənilməsi üçün 722 milyon UAH məbləğində rüşvət almaqda ittiham olunur.

 

Nəsirovun işi məhkəmə araşdırması mərhələsindədir və hökm oxunmaq üzrədir.


OXŞAR XƏBƏRLƏR

DTX-nin həbs etdiyi haker: Məqsədim xeyirli iş görmək olub...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam e...

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiym...

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...