Logo

Xaricdən maşın gətirənlərə VACİB XƏBƏR

Xaricdən maşın gətirənlərə VACİB XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti "ASAN xidmət” mərkəzlərində həyata keçirilir. 

ASAN-dan BiG.AZ-a verilən məlumata görə, yanvarın 26-dan Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən "Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün "ASAN xidmət” mərkəzlərinə (Masallı regional "ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edilə bilər. Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.

Xatırlatmaq istərdik ki, "ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR