“QHT işi” üzrə daha 2 nəfər həbs olundu


“QHT işi” üzrə daha 2 nəfər həbs olundu

“QHT işi” üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Sfera.az xəbər verir ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi- hüquq müdafiəçisi Zamin Zəki barəsində həbs qətimkan tədbiri seçilib.
 

Bununla bağlı Binəqədi Rayon Məhkəməsi qərar verib. Hər iki şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

 

Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırır.

 

"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

 

Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

 

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...