Bu ərazilər Azərbaycanın nəzarətinə keçir

Bu ərazilər Azərbaycanın nəzarətinə keçir

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən sərhədin demarkasiya və delimitasiya prosesinin davam etdirilməsi üçün hazırlıq başlayıb. 

 

Sfera.az  bildirir ki, Tavuş vilayətinin Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan bəzi ərazilərin minalardan təmizləndiyini və çıxarılan qurğuların partladılacağını bildirib.

 

Qazaryan Tavuşda üç kəndin Azərbaycana təhvili üçün hazırlıq görüldüyünü deyib:

 

"Yeni güzəştlər üçün demək olar ki, hər şey hazırdır. Bu gün səhər saatlarından etibarən İcevan icmasının tərkibinə daxil olan Azatamut-Kayanavan-Aygehovit kəndləri ərazisində basdırılan minalar çıxarılıb, artıq onların partladılması üzrə işlər görülür. SSRİ dövründə azərbaycanlıların məskunlaşdığı Yuxarı Voskepar (Yuxarı Əskipara-red.) adlanan ərazi təhvil veriləcək. Bununla da Lori bölgəsi sərhədə çevriləcək, Açarkut kəndi isə üçtərəfli şəkildə Azərbaycan əraziləri ilə əhatə olunacaq. Prosesin davamında Sofulu və Bərxudarlı adlanan kəndlər də təslim ediləcək. Nəticədə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolunun 70%-lik hissəsi Azərbaycanın nəzarətinə keçmiş olacaq". /Globalinfo.az


OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...