Bəzi yerlərə yağış və qar yağır - FAKTİKİ HAVA

Cəmiyyət
10:28 / 09.04.2025
4484
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.