Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib


Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında yazıb.

 

"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov qeyd edib.

 

Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb.

 

1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi fəaliyyət göstərir. 12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

"İran nüvə silahına sahib olmağa çox yaxındır" - Ekspert

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son açıqlaması dünya ictimaiyyətində ciddi rezonans doğurub. Qrossinin sözlərinə ...

Nüşabə Musayevanın lüks maşınına hücum oldu - VİDEO

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, onun avtomobilinə tanımadığı şəxs tərəfindən hücum olunub.   Sənətç...

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə hansı tarixdə ...

Neymar yenə zədələndi, meydanı ağlayaraq tərk etdi

Braziliya millisinin və “Santos” klubunun futbolçusu Neymar yenidən zədələnib.   Sfera.az xəbər verir ki, 33 yaşlı hücumçu ölkə çemp...

ABŞ İran neftini hədəf aldı - Azərbaycan üçün risk VAR?

ABŞ Maliyyə Nazirliyi 16 aprel 2025-ci ildə İran neftinin daşınmasında iştirak edən Çin, Malayziya və Tailand mənşəli bir sıra şirkət və gəmilərə qarşı yeni san...

Güclü külək Bakıda 368 ağacı sındırıb

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində ...