Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - FOTO


Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - FOTO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyib.

 

Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.
Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.

 

Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.

 

Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


OXŞAR XƏBƏRLƏR

Bir fincanın içindəki tarix: 17 Aprel – Beynəlxalq Qəhvə Günü

Qəhvə yalnız səhərin yoldaşı deyil. Bu içki əsrlər boyu mədəniyyətləri birləşdirib, siyasi inqilabların müzakirə edildiyi məkanlara çevrilib, ədəbiyyatın, incəs...

Yerdən kənarda həyatın izləri aşkarlanıb: "Bu, ən güclü sübut ola bilər"

Alimlər Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən "K2-18b" adlı planetdə yadplanetlilərə dair ən güclü sübutu aşkar etdiklərini açıqlayıblar. ...

Psixoloq əvəzinə süni intellekt? - O bunu edə bilmir...

Süni intellekt həyatımızın hər sahəsinə inteqrasiya olunduğu üçün psixi sağlamlıqda da müxtəlif üsullarla istifadə olunmağa başlayıb.    Sfera.a...

Daha bir vəzifəli şəxs yağış sularında öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndi...

Çin ABŞ neftindən imtina etdi - Kanada ilə böyük razılaşma imzalandı

Çin ilə ABŞ arasında davam edən ticarət müharibəsi enerji sahəsin də öz təsirini göstərməyə başlayıb. Pekin rəhbərliyi ABŞ-dən neft idxalını kəskin şəkildə azal...

Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...

  “Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o c...