Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olundu - FOTOLAR

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirilib.

 

Sfera.az bildirir ki, müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizlənib.

 

Qeyd edək ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

 

Daha sonra tədbir Palçıq Vulkanları Turizm Kompleksində davam etdirilib.

 

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlar sırasındadır. Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün kompleks daxilində hərtərəfli şərait yaradılıb.

 

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib.

 

Bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub. 
Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər.

 

2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib. 

 

2025-ci ilin ilk üç ayı ərzində isə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini, o cümlədən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, “Diri baba” türbəsi və Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 123 761 xarici, 30 430 yerli turist bilet alaraq ziyarət edib. 

 

2025-ci ilin birinci rübünün bu göstəriciləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ümumi turistlərin sayında 73 faiz, sadəcə xarici turistlərin sayında isə 99 faiz artım deməkdir.

 


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...