Elnur Musayevə yüksək vəzifə verildi - FOTO

Elnur Musayevə yüksək vəzifə verildi - FOTO

Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

2025-ci ilin mart ayının 19-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Beynəlxalq Anti-Korrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasına fəaliyyətə başlayıb.

 

Şuranın üzvləri Beynəlxalq təşkilatın üzv dövlətlərinin konfransında seçilərək Azərbaycanlı nümayəndə ilə yanaşı Avstriya, ABŞ, Çin, Qətər, İordaniya, Kot Divuar və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Təşkilatının nümayəndələrini əhatə edir.

 

Həmin tarixdə keçirilən iclasda, Şura üzvləri Akademiyanın illik fəaliyyətini, o cümlədən təşkilati tədbirləri və maliyyə durumuna dair hesabatı dinləyərək, təşkilatın növbəti ildə effektiv fəaliyyət göstərməsi üçün tələb olunan bir sıra qərarlar qəbul ediblər.

 

Dünyanın müxtəlif bölgələrində ixtisaslaşmış antikorrupsiya qurumlarının formalaşdırılması, bu sahədə faliyyət göstərən peşəkarların treninqi, magistr proqramlarına üzvlərin qəbul edilməsi kimi mühüm qərarlar verilib, tədqiqatların aparılması istiqamətində fəaliyyətin gücləndirilməsi əsaslı hesab edilib.

 

Ölkəmiz həmin təşkilata davamlı göstərdiyi dəstək Akademiyanın uğurlu fəaliyyətini təmin edir, habelə beynəlxalq antikorrupsiya işinə əvəzsiz töhvə verir.

 


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...