TikTok 2024-cü ildə Azərbaycanda 3 milyondan çox video silib

TikTok 2024-cü ildə Azərbaycanda 3 milyondan çox video silib

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib.

 

Sfera.az xəbər verir ki, qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini prioritet hesab edərək yaradıcılıq üçün dost mühitin formalaşmasına dəstək verir. 

 

Platformada təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə mütəxəssisdən istifadə edir. Xüsusilə, 24/7 rejimində fəaliyyət göstərən moderatorlar TikTok-un İcma Qaydalarını pozan videoları silir. Şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq TikTok hər rüb silinmiş məzmunla bağlı məlumatları paylaşır.

 

2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda:

 

İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);
Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;
Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;
Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;
770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.

 

TikTok, xüsusilə, yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinə xüsusi diqqət ayırır. Platformadan yalnız 13 yaşdan yuxarı şəxslərin istifadə etməsinə icazə verilir. Moderatorlar 13 yaşına çatmamış istifadəçilərə məxsus hesabları müəyyən edərək silirlər. 2024-cü il ərzində Azərbaycanda bu səbəbdən 140 min istifadəçi hesabı silinib.

 

Yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin davamı olaraq, ötən ay TikTok platforması gənclər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönələn yeni funksiyanı istifadəyə verib. Xüsusilə, "Ailə parametrləri" funksiyası çərçivəsində valideynlər artıq uşaqlarının TikTok-dan istifadə edə biləcəyi vaxt aralığını məhdudlaşdıra bilirlər.


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...