"Tək istəyim balamın qəbrinin olmasıdır" - Meyidi qaytarılmayan şəhidin anası

1 aya yaxındır buz kəsmiş bədəni erməni girovluğunda saxlanılan şəhid Çingiz Qurbanovun anası Nailə Qurbanova modern.az-a danışıb.

Onun yeganə istəyi balasının qəbrinin olmasıdır: "Nigaranıq, narahatıq və gözləyirik".

4 ildir Bakıda kirayədə yaşadıqlarını deyən Nailə Qurbanova səhhətilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Sağlamlığım yerindədir, elə bir xəstəliyim də yoxdur. Tək istəyim balamın geri verilməsidir".

Bəzi KİV-lərdə Ç.Qurbanovun anasının insult keçirdiyi bildirilib.

Şəhid anası rəsmilərin tez-tez onlarla əlaqə saxladığını deyib:

"Maraqlananlar çoxdur. Deyiblər, meyidi qaytaracaqlar, amma günü demirlər. Deyirlər, gözləyin".
İndi şəhid anasının yeganə qalan övladı, oğlu Beydulla Qurbanovdur ki, o,  hazırda Texniki Universitetin 2 kurs tələbəsidir.
 
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyidi qarşı tərəfdədir.
 
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Məlumat üçün bildirək ki, Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bir neçə  dəfə şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar. 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...