Bakı Konqres Mərkəzindəki bütün tədbirlər dayandırıldı

Bakı Konqres Mərkəzindəki bütün tədbirlər dayandırıldı

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

 

Məlumata görə, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.

 

Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.

 

Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.

 

Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.

 

Məlumatda həmçinin bildirilib ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.

 

Qeyd edək ki, anası erməni olan, rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri bir neçə gündür sosial şəbəkələrdə tənqid edilirdi


OXŞAR XƏBƏRLƏR

Marsda həyatın "izləri tapıldı" - Vaxtilə sivilizasiya olub

Marsın səthində illərdir tədqiqat aparan bir araşdırma qrupu, NASA-nın çəkdiyi fotoşəkillərdə "Qızıl Planet"də həyatın izlərini tapdıqlarını iddia edi...

Azad edilmiş ərazilərdə daha 120 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 13 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləş...

ABŞ-İran qarşıdurması gərgin fazada: Tehran nüvə silahı əldə edəcək?

ABŞ ilə İran arasındakı soyuq münasibət getdikcə kəskinləşir. Bu da İranın nüvə silahı hazırlamaq üçün səylərinə daha da təkan verir.   Maraqlıdır, İ...

Qadınların pensiyaya çıxma qaydası ilə bağlı yeni təklif

Qadınların pensiyaya çıxma qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əm...

Onlar dövlət hesabına istirahətə gedəcək – DETALLAR

Yayın gəlişi ilə istirahət mərkəzləri, kurort və sanatoriyalara üz tutan insanların sayında artım müşahidə olunur. İstirahətə öz hesabına gedənlər də var, dövlə...

Neftin ucuzlaşması mənzilləri də ucuzlaşdırır – Bazarda durğunluq yaranıb

ABŞ-də yeni tarif siyasətinin tətbiq edilməsi əmtəə bazarlarında gərginliyi artırıb. Hazırda hamını qorxudan əsas məsələ yeni tarif siyasətinin ticarət müharibə...