“Euronews” Azərbaycandakı mina problemindən bəhs etdi

“Euronews” Azərbaycandakı mina problemindən bəhs etdi

Avropanın informasiya kanalı “Euronews” Avropada mina probleminə həsr olunmuş reportaj hazırlayıb. Materialda Azərbaycana böyük diqqət ayrılıb.

 

Sfera.az xəbər verir ki, reportaj 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə təsadüf edir.

 

Materialda vurğulanıb ki, Azərbaycan, Bosniya və Herseqovina, Ukraynada münaqişələr səbəbindən Avropada da mina problemi mövcuddur.

 

Reportajda mina partlayışı nəticəsində yaralanan Həsənəli Əliyevin, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin sözləri təqdim edilir.

 

"Minaya düşən zaman 23 yaşım var idi", - Həsənəli Əliyev bildirib. Hadisə nəticəsində onun ayağı amputasiya edilib.

BMT-nin məlumatına görə, dünyada orta hesabla hər saat bir nəfər mina partlayışı nəticəsində həlak olur və ya yaralanır, qurbanlar arasında tez-tez uşaqlar və gənclər də olur.

 

Telekanal qeyd edib ki, Azərbaycan hökuməti minalara qarşı mübarizə üzrə aktiv proqram həyata keçirir, həmçinin əhalinin bu problem barədə məlumatlılığını artırır.

 

"Minaların zərərsizləşdirilməsi, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması və bərpası - həlli uzun müddət tələb edən məsələdir", - “Euronews” ANAMA-nın metodologiya və təlim şöbəsinin rəhbərinin sözlərini təqdim edib.

 

Reportajda qeyd olunub ki, mülki şəxslər, xüsusən Həsənəli Əliyev kimi müharibədən zərər çəkmiş regionlarda yaşayanlar arasında mina təhlükəsi haqqında maarifləndirmə işinin davam etdirilməsinə ehtiyac var.

 

“Euronews” bildirib ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina quraşdırılma ehtimalı var və hər il ərazilərə daha 2-5 milyon yeni qurğu yerləşdirilir.


OXŞAR XƏBƏRLƏR

Emin Əmrullayev əmr imzaladı

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təlti...

Erməni əsiri olan azərbaycanlı: "Zirzəmidə saxlanılıb, döyülürdüm"

İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyün...

“Green Card 2025” müraciətləri nə vaxt başlayacaq? – Tarixlər açıqlandı

ABŞ-də yaşamaq və işləmək arzusunda olan milyonlarla əcnəbinin səbirsizliklə gözlədiyi “Green Card” (Çeşidlilik Miqrasiya Vizası) proqramı üçün müra...

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları davam edir.   Sfera.az xəbər verir ki, iyulun 15-də kənd təsərrüfatı sahəsində baş...

Könül Nurullayeva növbəti səyyar qəbullar keçirib – FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla...

"Ukraynanın sərhədlərini və əhalisini müəyyən etməliyik" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukrayna ilə əlaqələr qurmazdan əvvəl bu ölkənin statusunu dəqiq müəyyənləşdirməyə çağırıb.   ...