Tovuzda itkin düşən məktəbli: "Bir əmi gəlib məni götürdü, gecəni blokda qaldım"

Tovuzda itkin düşən məktəbli: "Bir əmi gəlib məni götürdü, gecəni blokda qaldım"

"Məktəbdən piyada getdim. Sonra qaranlıq düşdü. Fəvvarələrdən döndüm. Sonra bir əmi gəldi, məni götürdü Gəncəyə getdik. Orada əmi izimi itirsin deyə qaçdım".

 

Sfera.az xəbər verir ki, bunu APA Tv- yə Tovuzda itkin düşən və bu gün səhər saatlarında Gəncədə tapılan 13 yaşlı məktəbli Aysun Süleymanlı deyib. O bildirib ki, Gəncəyə gedib gəzmək istəyirmiş:

 

"Başımın açılması üçün Gəncəyə getdim. Bəzi filmlərə baxdığımdan dolayı psixologiyam pozulub. Gecəni blokda qaldım. Səhəri gün də çölə çıxdım, mağazaya getdim. Şirniyyat alıb yedim".

 

Qeyd edək ki, A.Süleymanlı Alubəyli kənd sakinidir. O, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd məktəbinin 7- ci sinif şagirdidir. Məktəbli aprelin 2- si axşam 18 radələrində dərsdən çıxıb evə qayıtmamışdı.

 

Azyaşlının nənəsi mətbuata açıqlamasında bildirmişdi ki, yeniyetmənin çantasından ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb:

 

“Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırmışdılar. Dedilər dəftərində qeyri-adi şeylər yazıb. Özünlə paltar, şirniyyat, su götür, saçını kəs. Biz hara desək ora gəl, dağlıq əraziyə gəl”.

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...