“Stadler” FLIRT qatarı daha bir marşruta buraxılır


“Stadler” FLIRT qatarı daha bir marşruta buraxılır

Azərbaycan Dəmir Yolları sərnişinləri üçün daha rahat və təhlükəsiz səyahət imkanları yaratmaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutunda hərəkət edən KISS markalı qatarı yeni nəsil “Stadler" FLIRT qatarı ilə əvəz edir.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, yeni FLIRT qatarı 5 aprel tarixindən etibarən ənənəvi hərəkət cədvəli əsasında xidmət göstərəcək. Belə ki, hər həftənin şənbə günü Bakıdan Qəbələyə, bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

 

Qeyd edək ki, müasir dizayna və ən son təhlükəsizlik sistemlərinə malik olan birmərtəbəli FLIRT qatarı sərnişinlərə daha yüksək komfort təqdim edir. Qatarda bar-vaqon, velosipedlər üçün xüsusi yerlər, fiziki məhdudiyyətli şəxslər üçün inklüziv səyahət imkanları və digər rahatlıq yaradan xidmətlər mövcuddur.


OXŞAR XƏBƏRLƏR