Dünyanın neft-qaz istehsal edən 10 lider ölkəsi – SİYAHI
Dünya iqtisadiyyatına öz əvəzedilməz damğasını vuran neft günümüzün əsas enerji mənbəyinə çevrilib. Təsadüfi deyil ki, son 100 ildə dünyada baş verən bütün müharibələr neft-qaz ehtiyatlarına yiyələnmək uğurunda olub. Bu baxımdan 2015-ci ilin əvvəlində dünyada neftin qiymətinin sürətlə aşağı enməsi daha çox neft-qaz istehsal edən ölkələrin iqtisadiyyatlarına ciddi zərbə vurdu.
Sfera.azpublika.az-a istinadən dünyanın ən çox neft-qaz istehsal edən 10 ölkəsinin ardıcıl siyahısını təqdim edir:
Çin Xalq Respublikası
Hazırda Çin günə 18,6 milyon barel neft istehsal edir ki, bu ehtiyacının hamısını ödəmir.
Amerika Birləşmiş Ştatları
ABŞ dünyada neft istehsalının 10 faizini təkbaşına qarşılasa da, ancaq ehtiyaclarını tam ödəyə bilmir. Ona görə də xaricdən neft-qaz alır. Hazırda ABŞ günə 11,6 milyon barel neft istehsal edir.
Səudiyyə Ərəbistanı
Hazırda Səudiyyə Ərəbistanı neft istehsalına görə ABŞ-dan sonra gəlir. Günlük istehsal 11,5 milyon bareldi.
Rusiya
Hazırda Rusiyada günə 10,8 milyon barel neft istehsal olunur.
İran
İran gündəlik 4,3 milyon barel neft istehsalı ilə beşincidir.
İraq
İraqın günlük neft istehsalı 3,88 milyon barel təşkil edir. 2016-cı ildə isə günlük istehsalın 4,17 milyon barelə qaldırılması gözlənilir.
Kanada
Hazırda Kanada günə 3,7 milyon barel neft istehsal edir ki, bu da dünyada neft istehsalının 4 faizinə bərabərdir.
BƏƏ
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) günlük neft istehsalı 2,75 milyon barelə çatır.
Braziliya
Bu gün Braziliya həm öz enerji ehtiyaclarını ödəyir, həm də dünya bazarına neft-qaz tədarük edir. Hazırda Braziliya günə 2,5 milyon barel neft istehsal edir. 2020-ci ildə isə bu ölkənin günə 4,1 milyon barel neft istehsal edəcəyi proqnozlaşdırılır.
Küveyt
İlk onluğun sonunda isə Küveyt gəlir. Bu ölkənin günlük neft istehsalı hazırda 2,5 milyon barel təşkil edir.






