Logo

Bu ayda ardıcıl 4 gün iş olmayacaq

Bu ayda ardıcıl 4 gün iş olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

Sfera.az xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR