Logo

"Niyə məni tutublar?" - 15 nəfərin ölümündə ittiham olunan baş direktor

"Niyə məni tutublar?" - 15 nəfərin ölümündə ittiham olunan baş direktor
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

"Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov binada həyatını itirənlərin yaxınlarına başsaqlığı verib: "Mənə verilən ittiham özümə aydın deyil. Təqsirli deyiləm. Mənim günahkar olduğumu sübut edəcək bir sənəd yoxdur. Mən vəzifəyə təyin olunanda o binada işlər artıq başa çatmışdı. Niyə məni tutublar? Mənim o binaya heç bir aidiyyətim yoxdur. Mən məhkəmənin barəmdə bəraət hökmü çıxaracağına əminəm".

Məhkəmə kollegiyası hökmü oxumaq üçün müşavirəyə çıxıb. Yanvarın 27-də proses davam etdiriləcək. Hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, Binəqədidə baş verən yanğın nəticəsində 15 nəfər həlak olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR