Logo

Ramanada kütləvi dava: Məmmədovun çənəsini sındırdılar

Ramanada kütləvi dava: Məmmədovun çənəsini sındırdılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabunçu rayonunda kütləvi dava olub.

Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb.

36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb.

Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib. Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR