Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ


Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

 

Sfera.az fondun məlumatına istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

 

Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksəkkeyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun "Dərnəgül" stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında, həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.

 

Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

 

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

 

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı İKZF-nin rəsmi internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalı (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...

Verilişi bağlanan Nigar ölkəni tərk edir - FOTO

Bağlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad ABŞ-a gedir.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesab...

BMT Ağdamdakı mina partlayışını araşdıracaq

Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.   Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”un ABŞ bürosun...