Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür


Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

Bu gün 44 günlük Vətən müharibəsinin şəhidi - Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür.

 

Sfera.az xatırladır ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.

 

Şükür Həmidov 1990-1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

 

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib.

 

Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

 

Vətən müharibəsində Şükür Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

 

Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Dövlət başçısının sərəncamları ilə Şükür Həmidov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.

 

Milli Qəhrəmanın bir oğlu və bir qızı var.


OXŞAR XƏBƏRLƏR

Verilişi bağlanan Nigar ölkəni tərk edir - FOTO

Bağlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad ABŞ-a gedir.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesab...

BMT Ağdamdakı mina partlayışını araşdıracaq

Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.   Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”un ABŞ bürosun...

Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb

Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.   Sfera.az xəbər verir ki, “Socar Tower”, “Alov qüllələ...

10.000 dollarlıq qızıl bilərzik aldı: Rəngi dəyişib - FOTO

ABŞ-dan olan Monika məşhur gözəllik bloqqeri Monika Hamada “Van Cleef&Arpels” brendinin qiymətli zərgərlik məmulatının keyfiyyətindən ictimaiyyə...

Ölkədə hava şəraitindən zərər görənlərə 4 milyon ödəniş edilib

Bu ilin fevral və mart aylarında Azərbaycanda sığorta şirkətləri əlverişsiz hava nəticəsində ziyan çəkənlərə 4 milyon manatdan çox sığorta ödənişi həyata keçiri...

Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyə beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatının əhatə dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaq üçün qətiyyətli mövqe tu...